Gələcəkdə metronun “Nərimanov”, “Gənclik” stansiyaları – Tofiq Bəhramov adına Respublika Stadionu ətrafında növbəti nəqliyyat mübadilə mərkəzlərinin yaradılması nəzərdə tutulub.
KONKRET.AZ xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.
O bildirib ki, daha sonra Bakıətrafı qəsəbələrdə kiçik nəqliyyat mübadilə mərkəzlərinin yaradılması nəzərdə tutulub.
“Hazırda dəyərləndirmək aparılır. Bu HUB-lar mərkəzdən uzaq ərazidə yaşayan sərnişinlərin daha rahat şəkildə gəlməsini təmin edəcək”.
