Bakının etirazı: SÜLHMASKALI mandat sülhməramlı deyil – Vovaçka ilə Vovayeviçin FİASKOSUbackend

Bakının etirazı: SÜLHMASKALI mandat sülhməramlı deyil - Vovaçka ilə Vovayeviçin FİASKOSU

Ermənilər rus sülhməramlıların Qarabağda əbədi qalmasını istəmir və bu heç kimə sirr deyil. Paşinyan da bunu dəfələrlə bəyan edib, hətta Putinin bu istiqamətdəki təkliflərini boğazında qoyub.

KONKRET.az xəbər verir ki, Soçidə Paşinyanın sülhməramlı mandatının uzadılması barədə atmacalarını Rusiya lideri müsbət qarşılayıb. Çünki Putin hələ Valdaydakı çıxışları zamanı Qarabağdakı rus kontingentinin müddətinin uzadılmasına eyham vurmuşdu.

Soçidə Bakı etirazı

Rusiyadakı danışıqlarda elə bir təsvir yaranmışdı ki, missiyanın müddəti uzadılacaq. Həmin təsvirə ən yaddaqalan təsir isə Azərbaycan Prezidenti İlham Əliyevdən gəldi. Buna görə də Soçi görüşü xüsusi yeniliklə yadda qalmadı. Daha doğrusu, İrəvan-Moskva planı baş tutmadı.

Sülhməramlı, yoxsa sülhmaskalı?

Bakı ötən il sülhməramlıların Qarabağdakı mövcudluğuna etiraz etmirdi. Çünki iki düşmən xalqın sülhə tez öyrəşməsinin başqa asan yolu nəzərə çarpmırdı. Lakin iki il keçməsinə baxmayaraq sülhməramlı missiya sülh üçün heç nə etməyib:

  • – 10 noyabr üçtərəfli bəyanatının dördüncü bəndi yerinə yetirilməyib. Sülhməramlılar Qarabağa separatçıların tərk-silah olunmasına paralel yerləşməli idi.
    – Laçın dəhlizinə nəzarət edən sülhməramlılar bu yolla separatçıların silahlanmasını təmin edir. Dəhliz vasitəsilə Azərbaycan torpaqlarına qanunsuz səfərlər təşkil olunur. Xaricdən gətirilən materiallarla separatçılara müdafiə istehkamları qurulur.
    – Sülhməramlılar atəşkəs rejiminin saxlanılmasına diqqət etməli olsalar da, separatçı təxribatları səngimir. Sülhməramlı komandanı Volkov Qarabağı “arsax” adlandırır.

Belə deyək, Azərbaycanda sülhməramlı nifrətinin yaranmasında günahkar elə Kremldir. Sülhməramlıların üzərinə götürdüyü öhdəliklər icra olunmur, missiya üçtərəfli bəyanatdakı bəndlərin birinə də riayət etmir. Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası yönündə rusların nəsə etdiyi isə gülüş doğurur. Ruslar Azərbaycanın ərazi bütövlüyünə hörmət etsəydilər, Xankədidəki ermənilər “referendum” nümayişinə çıxmazdılar. Yox, əgər Rusiyadakı acınacaqlı iqtisadi vəziyyətə görə Qarabağdakı ruslar qaçqın kimi Azərbaycana sığınmaq istəyirsə, bu başqa məsələdir və müzakirə oluna bilər. Ancaq sülhmaskalıların Qarabağ özbaşınalıqlarının müddətini uzatmaq diskussiya predmeti deyil.

KONKRET.az-ın Analitik Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*