Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
KONKRET.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
2. “20 Yanvar” dairəsində;
3. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində;
4. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;
5. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;
6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
7. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
8. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
9. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
10. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
11. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
12. “Qələbə” dairəsi, Mətbuat prospekti istiqamətində;
13. Binəqədi şosesi, metronun “Azadlıq prospekti” stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;
14. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
15. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.