ABŞ 25 min miqrantı gizli şəkildə üçüncü ölkələrə göndəribbackend

ABŞ 25 min miqrantı gizli şəkildə üçüncü ölkələrə göndərib

ABŞ 25 min miqrantı gizli şəkildə üçüncü ölkələrə deportasiya edib.

KONKRET.az xəbər verir ki, beynəlxalq araşdırmaçı jurnalistlər konsorsiumunun məlumatına görə, Donald Trampın ABŞ prezidenti vəzifəsinə başlamasından sonra həyata keçirilən bu deportasiyalar həmin şəxslərin heç bir əlaqəsinin olmadığı üçüncü ölkələrlə bağlanmış məxfi razılaşmalar çərçivəsində həyata keçirilib.

ABŞ administrasiyası bu məqsədlər üçün 410 milyon dollar vəsait ayırıb. Bu barədə “Forbidden Stories” jurnalist şəbəkəsi 24 media qurumunun “Deportation Project” layihəsi çərçivəsində apardığı araşdırmaya istinadən məlumat yayıb.

Konsorsiumun məlumatına görə, deportasiya edilənlərin təxminən 20 mini avtobuslarla Meksikaya göndərilib. Qalan şəxslər isə təyyarələrlə Latın Amerikası, Karib hövzəsi, Afrika, Mərkəzi Asiya və Sakit okean regionundakı 27 ölkəyə aparılıb. Araşdırmada “The Washington Post” və “The Guardian” qəzetlərinin jurnalistləri də iştirak edib.

Jurnalistlərin əldə etdiyi məlumatlara görə, deportasiya edilənlər arasında ABŞ məhkəmələrinin təqib və ya digər ciddi təhlükə riski səbəbindən öz ölkələrinə göndərilməsini qadağan etdiyi şəxslər də olub. Buna baxmayaraq, sonradan onların bəziləri ABŞ-ın birbaşa deportasiya edə bilmədiyi ölkələrə göndərilib.

Araşdırmada İran, Əfqanıstan, İraq, Qırğızıstan, Syerra-Leone və Qana vətəndaşlarının Afrika ölkələrinə deportasiya edilməsi ilə bağlı konkret hallar göstərilir. Jurnalistlər belə deportasiyaların real sayının daha çox ola biləcəyini bildirirlər.

Araşdırmaya əsasən, ABŞ ən azı 38 ölkə ilə bu cür razılaşmalar əldə edib. Onların təxminən üçdə biri Afrika ölkələridir.

Nəşrin məlumatına görə, üçüncü ölkələrlə danışıqların aparılması və müvafiq ödənişlərin həyata keçirilməsinə ABŞ Dövlət Departamentinin az tanınan strukturu – Remiqrasiya məsələləri üzrə Büro cavabdehdir. 2025-ci ilin mayında yaradılan bu quruma 41 yaşlı diplomat Kristian Erhardt rəhbərlik edir.

Jurnalistlərin araşdırmasına görə, proqramda BMT sisteminə daxil olan Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) da iştirak edir. Təşkilatın əməkdaşları 13 ölkədə deportasiya edilən şəxsləri yaşayış yeri, qida və psixoloji yardımla təmin edir.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*