Bakının hər yerində quraşdırılan PRİMİTİV “AĞ LƏKƏ” – FOTObackend

Bakının hər yerində quraşdırılan PRİMİTİV "AĞ LƏKƏ" - FOTO

Bakının hər yerində ictimai nəqliyyat dayanacaqlarının yeni pavilyonları quraşdırılır: mövcud tarixi binaların fonunda primitiv ağ ləkə kimi.

KONKRET.az xəbər verir ki, bu barədə Memarlıq üzrə Elmlər Doktoru, 2014-cü il üzrə, Azərbaycan Dizaynerlər ittifaqının, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Elçin Əliyev Facebook səhifəsində yazıb.

Daha sonra memar 3 il əvvəl quraşdırıla dayanacaqların ən ucuz materiallardan hazırlanmış pavilyonlarla əvəzlənməsinin “səbəbləri”ni açıqlayıb.

“Keçmiş, şüşəli və şəffaf görünüşü ilə paytaxt küçələrini korlamayan pavilyonlar 2019-cu ildə boyük reklam kampaniyası ilə – cəmi üç il bunadan əvvəl quraşdırılmışdır!
Təsəvvür edirsiniz, cəmi üç il əvvəl!
Yeniləri ucuz ağ plastikdən, alkopan (alüminium panellər) – ən primitiv materiallardan hazırlanır. Amma məmurlara xeyri çoxdur: şəxsi emalatxanalar işlə təmin olunacaq. Əsas köşk var – ondan ayda bir-iki min manat ala biləcəklər. Məncə, dövlət qurumunu (hansını bilmirəm) minlərlə dayanacağı əvəz etməyə vadar edən əsas məqsəd budur.

Kim belə primitiv qərar verib? Dizayn baxımından kifayət qədər yaxşı olan şəffaf dayanacaqları dəyişdirmək nəyə lazım idi?

Təəssüf ki, ölkə rəhbərliyinin səylərinə baxmayaraq, məmurların qərar qəbul etməsində korrupsiya və şəxsi maraqlar əsas meyar olaraq qalır.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*