Bakıya uçuşun gecikməsinə görə aviaşirkət CƏRİMƏLƏNDİbackend

Bakıya uçuşun gecikməsinə görə aviaşirkət CƏRİMƏLƏNDİ

Rusiyanın “İrAero” aviaşirkəti 20 min rubl məbləğində cərimələnib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Novosibirsk nəqliyyat prokurorluğundan məlumat verilib.

Bildirilib ki, 2022-ci ilin iyul ayında Novosibirsk şəhərinin Pokrışkin adına beynəlxalq hava limanında Novosibirsk-Bakı marşrutu üzrə uçan “İrAero” aviaşirkətinə məxsus təyyarənin uçuşunda gecikmə yaranıb. Eyni zamanda, reysin yola düşməsi üçün gözlənilən doqquz saat ərzində sərnişinlərə mehmanxanada yerləşdirmə xidməti göstərilməyib, sərinləşdirici içkilər və isti yeməklər vaxtında verilməyib.

Məlumata görə, təyyarədə 97 nəfər, o cümlədən 19 uşaq olub.

Qeyd edək ki, “İrAero” aviaşirkəti bu ilin yazında Novosibirskdən Bakıya uçuşa başlayıb. Şirkət Azərbaycan, Ermənistan, İsrail və Özbəkistana beynəlxalq uçuşlar həyata keçirir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*