Qarabağdakı ermənilərin “təhlükəsizik şurasının” “sədri” general-leytenant Vitali Balasanyan təcili İrəvana qaçıb.
KONKRET.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, Xocalı soyqırımının təşkilatçılarından olan Vitali Balasanyan Ermənistanın Milli Təhlükəsizlik Komitəsinin qarşısında görüntülənib.
Sosial şəbəkələrin erməni seqmentində yayılan xəbərlərə görə, Xankəndidəki ermənilərin əsas “liderlərindən” olan Balasanyan Qarabağda Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından qorxuya düşərək İrəvana sığınıb.
Bəziləri isə Balasanyanın Ermənistan təhlükəsizlik komitəsindən Qarabağdakı separatçıların tərk-silah edilməsi məqsədi ilə yeni təlimatlar almaq üçün İrəvana gəldiyini yazıb.