Balasanyanın açıqlaması yeni müharibəyə SƏBƏB OLA BİLƏRbackend

Balasanyanın açıqlaması yeni müharibəyə SƏBƏB OLA BİLƏR

“Biz heç vaxt “müdafiə ordusu”nu ləğv etməyəcəyik”.

KONKRET.az xəbər verir ki, bunu Qarabağdakı qondarma qurumun “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan erməni mətbuatına müsahibəsində deyib.

O, Nikol Paşinyanın “Qarabağ ətrafında beynəlxalq təminatlarla silahsızlaşdırılmış zona yaradılması və bunun nəticəsində Qarabağda “ordu”ya ehtiyac olmayacağı” fikrinə münasibət bildirib.

“Qarabağın “silahlı qüvvələri” buraxılmayacaq. Əksinə, “ordu”nun müasir şəraitə uyğunlaşdırılması üçün struktur dəyişiklikləri aparılıb.

Qarabağın “hərbi-siyasi hakimiyyəti”nin vahid nöqteyi-nəzəri “ordu”nu nəyin bahasına olursa-olsun qoruyub saxlamaq, onları həm insan, həm də texniki müasir resurslarla təchiz etmək və döyüş tapşırıqlarını yerinə yetirən silahlı qüvvələrə malik olmaqdan ibarətdir”, – deyə Balasanyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*