Balaxanıda piyadalar üçün TƏHLÜKƏ SAÇAN yol – Niyə heç bir tədbir görülmür? – VİDEObackend

Balaxanıda piyadalar üçün TƏHLÜKƏ SAÇAN yol - Niyə heç bir tədbir görülmür? - VİDEO

Paytaxtın Sabunçu rayonunun Balaxanı qəsəbəsində, “İkinci Mədən” adlanan ərazidə yol təhlükəsizliyi ilə bağlı sakinlərin şikayətləri davam edir.

KONKRET.az xəbər verir ki, sakinlərin sözlərinə görə, ərazidə yol hərəkətinin təhlükəsizliyinin təmin olunması üçün zəruri yol nişanları və digər infrastruktur elementləri yoxdur. Onlar xüsusilə avtomobillərin hərəkət sürətinə nəzarətin və xəbərdaredici nişanların vacibliyini qeyd edirlər.

Baku TV-nin çəkiliş qrupu sentyabrın 3-də sözügedən ərazidə olub, sakinlərin şikayətlərini dinləyərək məsələni işıqlandırıb.

Sakinlərin sözlərinə görə, reportajdan sonra ərazidə yol təhlükəsizliyi ilə bağlı hər hansı dəyişiklik baş verməyib və avtomobillərin hərəkət sürəti ilə bağlı yeni nişanlar quraşdırılmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*