Azərbaycanda bank kreditlərinin faiz dərəcələrinin ilin sonuna qədər aşağı düşəcəyi ilə bağlı zaman-zaman müxtəlif gözləntilər səsləndirilir.
Bəs mövcud iqtisadi şəraitdə belə bir addımın atılması nə dərəcədə real görünür?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, ilin sonuna qədər kredit faizlərinin aşağı salınması ehtimalı olduqca zəifdir.

Onun sözlərinə görə, hazırkı şəraitdə problemli kreditlərin həcminin artması müşahidə olunur və bu, bankların kredit siyasətinə birbaşa təsir edir.
“Belə ehtimal çox aşağıdır. Problemli kreditlər artır, kredit riski yüksəlir. Kreditlərin geri qaytarılmasında problemlərin yaranması ehtimalı var. Bu səbəbdən bankların kredit faizlərini aşağı salacağını düşünmürəm”, – deyə ekspert vurğulayıb.
Əkrəm Həsənovun fikrincə, kredit risklərinin yüksəlməsi bankları daha ehtiyatlı davranmağa məcbur edir. Bu da faiz dərəcələrinin endirilməsi üçün əlverişli şərait yaratmır. Nəticə etibarilə, mövcud iqtisadi vəziyyətdə kredit faizlərinin ilin sonuna qədər aşağı salınması real görünmür.
Müşviq Tofiqoğlu
KONKRET.az

Mənim Ailə vəziyyətim çox pisdir, xahiş edirəm kömək edin, ölkə başçısına müraciət ünvanlamışam ki kapital bank mənə yaşamağa imkan vermir bütün qazancımı turur ailəm qalıb ac. İnanıram ki, ölkə başçısı və prezident administrasiyası mənə kömək edəcək. Dövlətimə zabit rütbəsi altında qüsursuz xidmət etmişəm amma kapital bankın ucbatından ailəm acından ölür. Xahiş edirəm kömək edin. 077-577-57-85 votsap
Bəli mənimdə vəziyyətim pisdir. Kapital dan imkan edə bilmirəm ki, yaşayım acından ölürük bizdə. Müəllimə işləyirəm 27 faizlə götürmüşəm