Baqdasaryan ŞOKA SALDI: “Türkiyədə demokratiya Rusiyadan 10 qat çoxdur, İranda isə diktaturadır”backend

Baqdasaryan ŞOKA SALDI: “Türkiyədə demokratiya Rusiyadan 10 qat çoxdur, İranda isə diktaturadır”

“Niyə düşünürsüz ki, İranda hər şey ciddidir?. İranda da həmçinin diktatura hökm sürür”.

KONKRET.az xəbər verir ki, bu fikirləri erməni jurnalist və bloger Roman Baqdasaryan səsləndirib:

“Niyə biz İranı tənqid etmirik? İranla niyə dost olmalıyıq? Siz düşünürsünüz ki, İranda demokratiya Azərbaycandan güclüdür? Yeri gəlmişkən Türkiyədə demokratiya Rusiyadan qat-qat çoxdur. Bu gün Türkiyədən Rusiyadan 10 qat artıq demokratiya hökm sürür”.

Baqdasaryan daha sonra fikirlərini belə davam etdirib: “Bu gün Türkiyədə Qaro Paylan (Türkiyə parlamentinin erməni əsilli deputatı) çıxış edərək erməilərin maraqlarını rahat şəkildə qoruya bilir. Rusiyada bir erməni əsilli şəxs göstərin ki, Dövlət Dumasında ermənilərin maraqlarını qoruya bilsin?”, – deyə Baqdasaryan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*