Baqratyan: “Heç olmasa, ölənlərin xatirəsinə üç günlük matəm elan edərdiniz”backend

Baqratyan: "Heç olmasa, ölənlərin xatirəsinə üç günlük matəm elan edərdiniz"

“Heç olmasa, ölənlərin xatirəsinə ən azı üç günlük matəm elan edilərdi”.

KONKRET.az xəbər verir ki, bunu “Svoboda” partiyasının sədri, keçmiş baş nazir Qrant Baqratyan Facebook səhifəsində yazıb.

“Hərbi hissədə yanğın və 15 hərbçinin ölməsi dəhşətli hadisədir. Bu kontekstdə Nikol Paşinyanın boşboğazlığı və onun günahkarları cəzalandırmaq istəyi qəbuledilməzdir.

Sizin bizim baş nazirimiz olmanız artıq dəhşətli cəzadır. Daha çox cəza ola bilərmi?

Ümumi ifadələr əvəzinə bu hərbi hissədə kimin növbətçi olduğunu deyə bilərsiniz. Bu elementar şeyləri bilmək üçün təhsil lazım deyil. Özünüz ali məktəbi normal bitirə bilmədiniz, sizin müdafiə naziriniz isə tarixçidir. Bu da sizin “islahat”lı ordunuz. Siz istefa verə bilərsinizmi?

Heç olmasa, ölənlərin xatirəsinə ən azı üç günlük matəm elan edilərdi”, – deyə o yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*