“Barselona”lı futbolçular maaşlarla bağlı təklifi yenidən RƏDD ETDİLƏRbackend

"Barselona"lı futbolçular maaşlarla bağlı təklifi yenidən RƏDD ETDİLƏR

“Barselona”nın futbolçuları rəhbərliyin maaşların azaldılması ilə bağlı növbəti təklifini rədd edib.

“Marca”nın yazdığına görə, klub rəsmiləri ilə görüşdən imtina edən oyunçular yeni müqavilə şərtləri ilə razılaşmayacaqlarını bildiriblər.

Onlar komanda adından rəhbərliyə göndərilən məktubda öz hüquqlarının pozulmasına dözmək niyyətində olmadıqlarını vurğulayıblar.

Hətta Jerar Pike, Mark-Andre ter Ştegen, Kleman Lanqle və Frenki de Yonq kimi futbolçuların bu təklifə razılıq vermələri də digər futbolçuları fikrindən daşındırmayıb.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən 2019/2020 mövsümündə 97 milyon avro itirən “Barselona” zərəri futbolçuların maaşlarını azaldaraq, kompensasiya etmək istəyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*