İspaniyanın Barselona şəhərində, Milli Polis nümayəndələyinin mərkəzi küçələrdən birində qarşıdurma yaşanır.
KONKRET.AZ Axar.az-a istinadən xəbər verir ki, kütləvi qarşıdurma tələbələrin və radikalların zibil konteynerlərini aşırıb, yandırmaq cəhdindən sonra başlayıb.
Təxribatçıların polisə müqavimət göstərdiyi, müxtəlif əşyalar, daş-kəsək, taxta parçaları atdığı deyilir.
Hüquq-mühafizə orqanları aksiyanın qarşısını almağa çalışır.