İkinci Dünya Müharibəsində iştirak edən 95 yaşlı Zhao He baş ağrısı şikayəti ilə getdiyi xəstəxanada rentgen çəkdirib. Xəstənin rentgenini yoxlayan həkimlər gördüklərindən dəhşətə gəliblər.
KONKRET.az “haberler.com” saytına istinadən xəbər verir ki, həkimlər xəstənin boğaz nahiyəsində mərmi olduğunu müəyyən ediblər.
Mövzu ilə bağlı açıqlama verən Zhaonun kürəkəni bildirib ki, qayınatası müharibə zamanı çoxlu güllə yarası alıb, lakin o, bundan xəbərsiz olub. 95 yaşlı qoca yaşının çox olması səbəbindən riskli hesab edilən əməliyyatı qəbul etməyib və 70 ildir daşıdığı mərminin çıxarılmasını istəməyib.
İqbal Rzayev,
KONKRET.az
