Baş direktor: “İtaliya qış fəslini Rusiya qazı olmadan da keçirə bilər”backend

Baş direktor: "İtaliya qış fəslini Rusiya qazı olmadan da keçirə bilər"

İtaliya qarşıdakı qış fəslini Rusiya qazı olmadan da keçirə bilər.

KONKRET.azBloomberg“ə istinadən xəbər verir ki, bu barədə İtaliyanın “Eni” qaz şirkətinin rəhbəri Klaudio Deskalzi deyib.

O bildirib ki, ölkədə qaz anbarları artıq 90 faiz doludur.

Baş direktorun sözlərinə görə, Əlcəzair İtaliyaya qaz tədarükünü iki dəfə artırıb. “Eni” iki-üç ildən sonra Rusiya qazından tamamilə imtina etmək niyyətindədir. Hələlik İtaliya şirkəti Rusiyadan tədarük olunan qazın pulunu rublla ödəməyə razılaşıb.

Qeyd edək ki, avqustun sonunda “Qazprom” İtaliyaya qaz tədarükünü kəsəcəyini açıqlayıb.

Ölkə hakimiyyəti 2024-cü ilin ikinci yarısına qədər Rusiya qazından mərhələli şəkildə imtina etməyi planlaşdırır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*