Baş həkim: “Lerikdə koronavirusa yoluxan yoxdur”backend

Baş həkim: “Lerikdə koronavirusa yoluxan yoxdur”

“Hazırda Lerikdə heç bir vətəndaşda koronavirus aşkarlanmayıb. Götürülmüş analizlərin nəticələri neqativ çıxıb”.

Bu fikirləri KONKRET.az-a Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru Mübariz Ağayev bildirib.

Baş həkimin sözlərinə görə, xəstəxananın bütün tibb işçiləri koronavirus testindən keçib:

“”Relax” turizm istirahət mərkəzində xaricdən gələn vətəndaşlarımiz karantindədir. 77 həkim heyəti onlara nəzarət edir. Karantində olan vətəndaşlarımızda da analizlərin cavabı neqativ çıxıb. Eyni zamanda həkimlərimiz də koronavirus testindən keçib və nəticələr neqativdir”.

Qeyd edək ki, koronavirusla mübarizəyə dəstək məqsədilə “Relax” turizm istirahət mərkəzinin rəhbərliyi Nazirlər Kabineti yaynında yaradılan Operativ Qərargaha müraciət edərək xaricdən təxliyə olunan vətəndaşlarımızı rəhbəri olduğu istirahət mərkəzində karantinə yerləşdirilməsini təklif edib. Təklifi yüksək qiymətləndirən Operativ Qərargah bu cür addıma görə “Relax”ın rəhbərliyinə xüsusi təşəkkürünü bildirib. Müraciətdən sonra xaricdən (Türkiyə, Rusiya və Polşadan) gətirilən 300-dən çox həmvətənlərimiz “Relax” turizm istirahət mərkəzinə yerləşdirilib. “Relax” istirahət mərkəzinə yerləşdirilən hər bir vətəndaş koronavirus testindən keçərək tətbiq olunan karantin müddətində lazım olan bütün qayğılar göstərilib. Bura göndərilən həkim briqadasına Lerik Rayon Mərkəzi Xəstəxananın baş həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru Mübariz Ağayev rəhbərlik edir.

Xatırladaq ki, “Relax”da olan 197 nəfər vətəndaşımız 5 aprel tarixində  karantin müddətini başa vuraraq evlərinə dönüblər. Xoş təsüratla “Relax” istirahət mərkəzindən ayrılan həmvətənlərimiz göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və “Relax”ın rəhbərliyinə xüsusi təşəkkürlərini bildiriblər.

Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*