İyunun 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Ələt Azad İqtisadi Zonasında aparılan işlərlə yerində tanış olub.
Nazirlər Kabinetinin mətbuat xidmətindən KONKRET.az-a verilən xəbərə görə, müvafiq qurumların rəhbərləri ilə Ələt Azad İqtisadi Zonasına ayrılan torpaq sahəsi, maliyyə vəsaiti, su və enerji təchizatı məsələləri və qarşıda duran vəzifələr müzakirə olunub və konkret tapşırıqlar verilib.
