Baş nazir koronavirusa görə xəstəxanaya yerləşdirildi – Böyük Britaniya – VİDEObackend

Baş nazir koronavirusa görə xəstəxanaya yerləşdirildi - Böyük Britaniya - VİDEO

Böyük Britaniyanın koronavirusa yoluxmuş baş naziri Boris Conson xəstəxanaya yerləşdirilib.

KONKRET.az xəıbər verir ki, bu barədə  “Sky News” telekanalına istinadən xəbər verir.

Qeyd edilir ki, baş nazir həkimlərin məsləhəti əsasında xəstəxanaya aparılıb. Onun səhhətində COVID-19 infeksiyası aşkarlanandan 10 gün sonra problemlər qalmaqdadır. Məlumata görə, Boris Consonun temperaturu yüksəkdir.

Xatırladaq ki, Böyük Britaniyanın baş naziri martın 27-də koronavirusa yoluxub. 55 yaşlı hökumət başçısı deyib ki, onun koronavirusla bağlı testi müsbət nəticə verib.

“İndi mən özümü təcridetmədəyəm, amma videokonfrans rejimində hökumətin fəaliyyətinə rəhbərliyi davam etdirəcəm və biz koronavirusa qalib gələcəyik”, – deyə Boris Conson həmin gün bildirib.

Britaniyada koronavirusa yoluxanların sayı 47 806 nəfərə çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*