Baş nazir və Prezident Administrasiyası rəhbərinin başçılığı ilə Şuşada müşavirə keçirildibackend

Baş nazir və Prezident Administrasiyası rəhbərinin başçılığı ilə Şuşada müşavirə keçirildi

Martın 2-də Baş nazir Əli Əsədov və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin başçılığı və aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə Şuşa şəhərində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən işlər üzrə müşavirə keçirilib.

KONKRET.az-ın xəbərinə görə, görülən işlər və həyata keçirilən layihələr barədə ətraflı müzakirələr aparılıb, yerində bir sıra zəruri tapşırıqlar verilib.

Qeyd edək ki, nümayəndə heyətinin üzvləri Şuşanın tarixi-mədəni abidələrini ziyarət ediblər. Şuşa şəhərində icra olunan layihələr, aparılan bərpa, abadlıq-quruculuq işləri barədə aidiyyəti qurumların rəhbər şəxsləri ətraflı məlumat verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*