Baş nazirdən çağırış: “Uşaqlarınızı məktəbə göndərin”backend

Baş nazirdən çağırış: “Uşaqlarınızı məktəbə göndərin”

Böyük Britaniya Baş naziri Boris Conson valideynlərə müraciət edərək uşaqlarını məktəbə göndərməyə çağırıb.

KONKRET.az xəbər verir ki, Conson məktəbləri təhlükəsiz şəkildə açmağın əxlaqi bir vəzifə olduğunu bildirib və bunun üçün çalışdıqlarını diqqətə çatdırıb.

O, COVID-19 məsələsində mütəxəssislərin tövsiyələri əsasında hərəkət etdiklərini söyləyib: “Məktəblərdə COVID-19-a yoluxma riski çox aşağıdır. Amma inkişafı, sağlamlığı və rifahı baxımından, uşağın məktəbdən uzaq olması çox zərərlidir”.

Conson bu səbəbdən də uşaqların öyrənməsi və dostları ilə birlikdə olmaları üçün siniflərə geri qayıtmalarının həyati dərəcədə əhəmiyyətli olduğunu vurğulayıb. teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*