Fevralın 2-də vətəndaşlar 1981-ci il təvəllüdlü Bəhruz İmanov, 1992-ci təvəllüdlü Azad Muxtarov və 1984-cü il təvəllüdlü Rafis Məmişov “QAZ 53” markalı 11-BJ-263 dövlət nömrə nişanlı avtomobillə Füzuli rayonunun işğaldan azad edilən Yuxarı Yağlıvənd kəndi ərazisində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində B.İmanov həlak olub, A.Muxtarov və R.Məmişov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Baş Prokurorluqdan KONKRET.az-a verilən məlumata görə, faktla bağlı Füzuli rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb. Hazırda zəruri istintaq hərəkətləri həyata keçirilir.
***
17:51
Füzulidə üç mülki şəxs minaya düşüb.
KONKRET.az-a bununla bağlı Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən məlumat verilib.
Bildirilib ki, Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi ərazisində üç mülki şəxs kənar yoldan istifadə edərək, işğaldan azad olunmuş əraziyə daxil olarkən minaya düşüb, onlardan biri hadisə yerində həlak olub, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
