Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun oğlu Anar İsmayılovun Kanadada şirkəti və mülkünün olduğu barədə məlumat yayılıb.
Konkret.az Azeuronews.com-a istinadən Anar İsmayılovun şirkəti və mülkünün Kanadanın Toronto şəhərinin “North York” bölgəsində yerləşdiyini iddia edib. Anar İsmayılovun mülkünün 1 milyon 300 min dollar (2 milyon 210 min manat) dəyərində olduğu bildirilib.
Sayt bununla bağlı Kanadanın rəsmi saytına istinadla foto-skrin də paylaşıb. Skrində şirkətin qeydiyyat ünvanının Overbruk Pleys-103-də olduğu qeyd edilib.
Yayılan məlumatla bağlı Saatlı Rayon İcra Hakimiyyətindən Axar.az-a bildirilib ki, bu haqda icra başçısı məlumatlandırıldıqdan və araşdırma aparıldıqdan sonra açıqlama yayılacaq.
