Xızı rayon Altıağac qəsəbəsində 2017-ci il təvəllüdlü Eyvazlı Ümid Mərdan oğlu bədbəxt hadisə nəticəsində ölüb.
KONKRET.az-ın məlumatına görə, 7 yaşlı uşağın başına bit düşüb.
Bundan sonra azyaşlı, başına mal-qara üçün nəzərdə tutulan neastol dərmanı töküb. Gənə və parazitlərə qarşı istifadə edilən maye dərmanın tətbiqindən sonra uşağın halı pisləşib və o, Xızı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Oradan da Bakıya Respublika Klinik Xəstəxanasına gətirilən uşaq yolda dünyasını dəyişib.
Faktla bağlı Xızı Rayon Prokurorluğunda araşdırma aparılır.

Anasının başına daş düşsun o uşağın..yazıq uşağın başı qaşınırmışda yəqin..Belədəki mən inanmıramki,bunu uşaq edib..Böyüklerden kimse edibki,bitler ölsündə..uşağa ziyan vurub bilmeden!
Oğlan uşağıdir də gərək dərman qoysalar, məktəbler bağlı həmdə yaydı saçını kesdirseler belkede belə olmazdı.Allah rəhmət eləsin yeri cənnət olsun balaca körpənin inşallah.