Bayden bu dəfə velosipeddən YIXILDI – FOTO/VİDEObackend

Bayden bu dəfə velosipeddən YIXILDI - FOTO/VİDEO

 

Bayden bu dəfə velosipeddən yıxılıb.

KONKRET.az xəbər verir ki, bu barədə video sosial şəbəkələrdə yayılıb. ABŞ Prezidenti Co Bayden gəzinti zamanı velosipedindən yıxılıb.

Amerika lideri yıxılmamışdan əvvəl artıq dayanıqlı və ayağının birini yerə endirmiş vəziyyətdə olub. Buna baxmayaraq o, pedalları qarışıq salıb və yıxılıb.

Yıxıldıqdan sonra vətəndaşlar ABŞ liderinin yanına qaçaraq ona qalxmağa kömək etməyə başlayıblar. Bayden hər şeyin qaydasında olduğunu və xəsarət almadığını qeyd edib.

Həmin görüntüləri təqdim edirik.

 

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*