ABŞ Prezidenti Co Bayden G20 sammitinə təxminən yarım saat gecikib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, ərzaq və enerji təhlükəsizliyinə həsr olunmuş birinci sessiyanın yerli vaxtla saat 09:30-da başlaması planlaşdırılıb. Nəticədə bütün iştirakçılar zalda Baydeni gözləməli olublar.
Məlumata görə, Amerika lideri keçən həftə Pnompendə keçirilən Şərqi Asiya Sammitinin açılışına da gecikib.
Qeyd edək ki, G20 sammitinin iştirakçıları ərzaq və enerji təhlükəsizliyi, rəqəmsal transformasiya prosesi və səhiyyə məsələlərini müzakirə edəcəklər. İclas noyabrın 16-dək davam edəcək.
İqbal Rzayev,
KONKRET.az
