“ABŞ prezidenti Co Bayden Rusiyadakı amerikalı məhbusların probleminin həllində şəxsən iştirak edir”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə dövlət katibi Entoni Blinken deyib:
“Prezidentə gəlincə, o, sözügedən prosesdə birbaşa iştirak etməyib, həm də bizim verdiyimiz müəyyən təkliflərə imza atıb”, – Blinken vurğulayıb.
O, ABŞ-ın Rusiyaya Britni Qriner və Pol Uilanın azad edilməsi ilə bağlı təklif göndərdiyini təsdiqləyib. Lakin bu təklifin nədən ibarət olduğu haqda heç bir söz deməyib.
Xatırladaq ki, daha öncə CNN telekanalı gizli mənbələrə istinadən Baydenin rusiyalı biznesmen Viktor Butun amerikalı basketbolçu Britni Qriner və Pol Uilanla dəyişdirilməsi planını dəstəklədiyi haqda məlumat yayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
