ABŞ Prezidenti Co Bayden Nyu-Yorkda çıxışı zamanı səhnədə özünü itirib və büdrəyib.
KONKRET.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat verib.
Kadrlarda Nyu-Yorkda baş tutan tədbirdən bir hissə əks olunub.
Belə ki, Baydenin iştirakı ilə Nyu-Yorkun hazırkı qubernatoru Keti Hokula dəstək kampaniyası keçirilib.
Paylaşılan görüntülərdə Bayden səhnədə gəzişir və yaşlılar üçün reseptlə satılan dərmanların qiymətinin azaldılmasından danışır. O, anidən səhnədə hansısa əşyanın üzərinə basır, müvazinətini itirir və büdrəyir.
