Bayden və Lavrovla görüşən Baş nazirdə COVID-19 AŞKARLANDIbackend

Bayden və Lavrovla görüşən Baş nazirdə COVID-19 AŞKARLANDI

Kambocanın Baş naziri Hun Senin koronavirus testi müsbət çıxıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, o, bu gün G20 sammitində ABŞ Prezidenti Co Bayden, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, BMT-nin Baş katibi Antonio Quterreş və İndoneziya Prezidenti Coko Vidodo ilə görüşüb.

Hun Sen Balidə G20 sammiti çərçivəsində planlaşdırılan bütün görüşləri ləğv etdiyini bildirib.

Qeyd edək ki, noyabrın 12-13-də Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) sammiti keçirilib. Sammitdə Kambocanın Baş naziri bütün xarici nümayəndə heyətlərinin başçılarını qarşılayıb. Onların arasında Yaponiyanın Baş naziri Fumio Kişida da var.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*