Bayden və Trampdan vacib həmlə – ABŞ istəyinə hələ də nail ola bilməyibbackend

Bayden və Trampdan vacib həmlə - ABŞ istəyinə hələ də nail ola bilməyib

Məlum olduğu kimi, Rusiya – Ukrayna müharibəsində vəziyyət getdikcə gərginləşir. Belə ki, ABŞ-nin ATACMS taktini ballistik raketlərindən Rusiya ərazilərinə zərbə icazəsindən sonra rəsmi Moskva dünyanı nüvə silahı ilə hədələyir. Hətta Almaniya başqa olmaqla, bir neçə ölkə ehtimalı nəzərə alaraq hazırlıqlar görməyə başlayıblar.

Görəsən, həqiqətənmi Rusiya nüvə silahına əl atacaq?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Yalçın Hacızadə qeyd etdi ki, dünya ciddi təhlükə ilə üz-üzə qala bilər:

“Rusiya – Ukrayna cəhbəsində vəziyyət daha da gərginləşib. Buna səbəb Amerika və müttəfiqlərinin Ukraynaya verdikləri raket vasitələrinin Rusiya ərazisində istifadə edilməsinə icazə oldu. Trampın ABŞ Prezidenti seçilməsi ilə dünyada, əsasən də Rusiya və Ukrayna arasında gedən müharibənin dayanacağını gözlədiyimiz halda, tam əksinə müharibə daha geniş müstəviyə yayılmaq və ağır nəticələrə səbəb olacaq astanasındadır. Hazırda Baydenin raketlərlə bağlı qərarı iki istiqamətdə şərh olunur. Bəziləri Baydenin bu qərarının Trampı pis vəziyyətə salmaq, müharibənin qarşısının ala bilməmək məqsədi ilə, digərləri isə bunun Trampla müzakirə etdiyini və onun Rusiya qarşısında əlini gücləndirmək məqsədi ilə etdiyini bildirirlər”.

Müsahibim dəbunun müzakirə oldunduğunu düşünür:

“Amerikada seçkilər noyabrın 5-də keçirildi, lakin seçilən şəxs növbəti ilin yanvar ayının 20-də and içərək vəzifələrini icra etməyə başlayacaq. Noyabrın 5-dən yanvar ayının 20-dək olan 75 günlük müddətdə seçilən şəxsə dövlətin idarə olunması, ölkənin maraqları, planları, daxili və xarici siyasət, kəşfiyyat məlumatları və etiket qaydaları haqqında informasiya verilir. Hesab edirəm ki, Trampa da mövcud realıqlar və gələcək dövlət maraqları haqqında məlumat verilib və raket məsələsi də ona bildirilib. Ona görə Tramp hələ də susur. Bildirim ki, raket məsələsi qədər vacib başqa bir qərar da Rusiyaya qarşı verildi. Bu zamana qədər Rusiya banklarına qarşı sanksiyalar tədbiq edilmişdi, lakin qaz satışını davam etdirməsi üçün “Qazprombank”a qarşı tədbiq edilmirdi. Son günlər “Qazprombank” da sanksiyalarla üzləşərək, beynəlxaql bank (SWIT) sistemindən çıxarıldı. Bütün bunlar da Bayden tərəfindən Trampı pis vəziyyətə salmaq üçün yox, əksinə onun vəziyyətini daha gücləndirmək üçün edilir”.

Ekspert bütün hallara baxmayaraq ABŞ-nin sistem ölkəsi olduğunu vurğuladı:

“Amerikada hakimiyyətə fərqli qüvvələr gəlsə də, məqsədləri dövlətlərini daha inkişaf etdirmək olur.  ABŞ sistem ölkəsidir, prezidentin mühüm məsələlərdə təkbaşına qərar vermək səlahiyyəti yoxdur. ABŞ hələdə Rusiya – Ukrayna müharibəsinin davam etməsini istəyir. Çünki əsas məqsədi –  Rusiyanın ona tabe olmasına çata bilməyib. Görünən odur ki, Rusiya Prezidenti Putin də Amerikanın tələsinə düşür. O da Ukrayna ərazisinə uzaqmənzilli raketlər ataraq, ABŞ-nin gələcəkdə Ukraynaya daha da uzaq məsafələri, yəni Moskva və digər şəhərləri vurmaq üçün raket verməsinə zəmin yaradır. Bütün bunlar da Rusiyanın Ukraynaya qarşı texniki nüvə silahı istifadə edə biləcəyi və Şərqi Avropada yerləşən NATO ölkələrinə zərbələr endirə biləcəyi təhlükəsini artırır. Almaniya və digər ölkələrin hazırlığı da hesab edirəm bunlara görədir”.

Məlik,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*