Bayden yenə YIXILDI – VİDEObackend

Bayden yenə YIXILDI - VİDEO

Co Bayden təyyarənin pilləkənləri ilə qalxarkən yenidən yıxılıb.

KONKRET.az xəbər verir ki, çərşənbə günü ABŞ Prezidenti Co Bayden Polşadan evə qayıdarkən biabırçılıqla üzləşib. 80 yaşlı Bayden Varşava Şopen hava limanında prezident təyyarəsinə minmək istəyərkən pilləkənlərin yarısında yıxılıb. Prezident dərhal ayağa qalxıb və təyyarənin salonuna girməzdən əvvəl əlini cəld yelləyərək qapıya tərəf gedib.

“Addımına diqqət et, Co!” – New York Post qəzetinin Amerika nəşri ironik şəkildə yazıb.

Qəzet xatırladır ki, bu, prezidentin pilləkənləri qalxarkən büdrədiyi ilk hal deyil. Oxşar biabırçılıqlar Baydenin prezidentliyi dövründə bir neçə dəfə baş verib.

Keçən ilin may ayında o, İllinoys ştatına uçmazdan əvvəl Endryus Hərbi Hava Qüvvələri bazasında təyyarənin pilləkənlərinə qalxarkən büdrəyib.

2021-ci ilin dekabrında, Atlantaya uçmazdan əvvəl, o, üç dəfə pilləkəndə büdrəyib və həmin ilin martında ona kömək edəcək heç kim olmadıqda, pilləkəndə bir dizi üstə yıxılıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*