Baydenin oğlu bu ittihamlar üzrə özünü təqsirli bilibbackend

Baydenin oğlu bu ittihamlar üzrə özünü təqsirli bilib

ABŞ Prezidenti Cozef Baydenin oğlu Hunter Bayden ABŞ Prokurorluğu ilə razılaşmanın bir hissəsi olaraq üç ittiham üzrə özünü təqsirli bilib.

KONKRET.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, Hunter Bayden iki vergi cinayətində və silah saxlamaqda günahını etiraf edib.

Lakin proses Co Baydenin oğlunun həbsi ilə nəticələnməyəcək.

ABŞ hüquq ekspertləri bildiriblər ki, Hunter Bayden cəza olaraq üzərinə düşən vergi borclarını ödəməli və silahdan istifadə etməsi qadağan olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*