Mahir yeni klubda: “Bayatı Şiraz” sədası ilə keçdi – VİDEObackend

Mahir yeni klubda: “Bayatı Şiraz” sədası ilə keçdi - VİDEO

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Polşanın “Rakuv” klubuna keçidi rəsmiləşib.

KONKRET.az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə klub məlumat yayıb. “Rakuv” Mahirin komandaya gəliş anonsunu Əməkdar artist Təyyar Bayramovun oğlu Kənan Bayramovun “Bayatı Şiraz” ifası ilə elan edib.

Qeyd edək ki, Mahir Emreli bir illik icarə əsasında Polşa təmsilçisinin heyətinə qoşulub.

Xatırladaq ki, Azərbaycan millisinin üzvü müqavilə ilə Almaniyanın “Kayzerslautern” klubuna məxsusdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*