Elbrus dağına dırmaşan iki alpinist yüksəklikdən yıxılıb.
KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə dəstəsi məlumat yayıb.
Hadisənin təxminən 4200-4600 metr yüksəklikdə baş verdiyi bildirilir.
Qəza nəticəsində alpinistlərdən biri həlak olub, digəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
