Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat aldıbackend

Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat aldı

FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.

KONKRET.az AFFA-ya istinadən xəbər verir ki, o, qadın futbolçular arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin 2 oyununda fəaliyyət göstərəcək

F. Lütfəliyeva bu mərhələnin 5-ci qrupunun yarımfinalında “Flora” (Estoniya) – “Mgar Yunayted” (Malta) matçını idarə edəcək. Digər referimiz Gülnurə Əkbərzadə iyulun 22-dəki görüşün yan xətt hakimi olacaq.

Fəridə Lütfəliyeva “Flora” – “Mgar Yunayted” qarşılaşmasının qalibinin iyulun 25-də finalda Slovakiyanın “Spartak Miyava” klubuna qarşı keçirəcəyi oyunun isə ehtiyat hakimi olacaq.

Oyunlar Slovakiyanın Miyava şəhərində yerləşən “Spartak Miyava” stadionunda keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*