Göyərtəsində 116 sərnişin olan bərə qəzaya uğradıbackend

Göyərtəsində 116 sərnişin olan bərə qəzaya uğradı

Cənubi Amerikanın şimalında yerləşən Qayananın sahilləri yaxınlığında göyərtəsində təxminən 116 nəfərin olduğu MV BARIMA sərnişin bərəsi qəzaya uğrayıb.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin ictimai işlər naziri Xuan Edqhill məlumat verib.

Onun sözlərinə görə, axtarış-xilasetmə işləri aparılır.

O qeyd edib ki, indiyədək gəmidən 53 nəfər xilas edilib.

Axtarış-xilasetmə qrupu göyərtədəkilərin siqnal raketləri yandırmasından sonra MV BARIMA bərəsinin yerini müəyyən edə bilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*