İran Hörmüzlə bağlı bu məsuliyyəti öz üzərinə götürdübackend

İran Hörmüzlə bağlı bu məsuliyyəti öz üzərinə götürdü

İran Hörmüz boğazından Omana gəmilərin hərəkəti üçün yeni həll yolu təklif edilib.

KONKRET.az Publika.az-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib.

“Hörmüz boğazının minalardan təmizlənməsi məsuliyyəti İranın üzərinə düşür”, – Qəribabadi qeyd edib.

O həmçinin bildirib ki, İran Omanın suverenliyini pozmaq niyyətində deyil: “İran Hörmüz boğazı üzərindəki suverenliyini istənilən vasitə ilə müdafiə edəcək və heç bir halda bu boğazın cənub marşrutunu qəbul etməyəcək”.

İranın XİN-in rəsmisi ABŞ ilə danışıqlar mövzusuna da toxunub. “Bu günə qədər biz ABŞ ilə İslamabad razılaşması çərçivəsində heç bir danışıqlar aparmamışıq”, – o vurğulayıb.

K.Qəribabadinin sözlərinə görə, İran ABŞ ilə danışıqlar barədə heç bir tələb irəli sürməyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*