İran yenidən Küveytə raket və PUA hücumu etdibackend

İran yenidən Küveytə raket və PUA hücumu etdi

İranın Küveytə raket və pilotsuz uçuş aparatları (PUA) ilə növbəti hücuma başladığı bildirilir.

KONKRET.az xəbər verir ki, bu barədə Küveytin dövlət xəbər agentliyi KUNA məlumat yayıb.

Məlumata görə, ölkə ərazisində hava həyəcanı siqnalı verilib. Küveyt Ordusu İranın raket və PUA hücumlarının qarşısının alınması üçün hava hücumundan müdafiə sistemlərinin işə salındığını açıqlayıb.

Qeyd edək ki, bu hücumlar İranın bir gün əvvəl Küveytdə elektrik stansiyası və neft obyektlərini hədəf alan zərbələrindən sonra baş verib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*