ŞOK! Rusiyada ərzaq talonları tətbiq olunacaq backend

ŞOK! Rusiyada ərzaq talonları tətbiq olunacaq 

Rusiyada cari ilin oktyabr ayından etibarən ərzaq talonlarının tətbiq olunacağı gözlənilir.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

İddialara görə, bu proqnoz Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullinanın Prezident Vladimir Putinə təqdim etdiyi hesabatda əks olunub.

Məlumatda qeyd edilir ki, ölkədə ərzaq qıtlığı və ya aclıq təhlükəsi gözlənilmir. Lakin Mərkəzi Bank inflyasiya səbəbindən zəruri malları almaqda çətinlik çəkən vətəndaşlar üçün ərzaq vauçerlərinin tətbiqinin oktyabr ayından gec olmayaraq baş verəcəyini proqnozlaşdırır.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*