Bayramın qardaşı da vəfat etdi: Anasını öldürmüşdü…backend

Bayramın qardaşı da vəfat etdi: Anasını öldürmüşdü...

Avqustun 1-də anasını qətlə yetirərək həbs edilən Elvin Məmmədov dünyasını dəyişib.

KONKRET.az nocomment.az-a istinadla xəbər verir ki, o, gecə saatlarında Sabunçu xəstəxanasına gətirilib və orada ölüb.

Onun vəfatının səbəbi hələlik bilinmir.

Elvin Məmmədov “NİDA” Vətəndaş Hərəkatının üzvü olan, 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun qardaşıdır.

Qeyd edək ki, avqust ayının 1-də Bakının Sabunçu qəsəbəsində 54 yaşlı Sevinc Şahmar qızı Məmmədova münaqişə zəminində bıçaqla qətlə yetirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*