Bəhram qalmaqallı videosundan danışdı: “Özü çəkilişə razı idi..”backend

Bəhram qalmaqallı videosundan danışdı: "Özü çəkilişə razı idi.."

Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkə hesabındakı tənqid edilən paylaşımına münasibət bildirib.

KONKRET.az xəbər verir ki, Bəhram Bağırzadə Teleqraf.com-a açıqlamasında həmin şəxsə kömək etdiyini açıqlayıb: “Özü çəkilişə razı idi, çəkiliş etdim və hallalığını alıb paylaşdım. Həmin şəxs məhəllə adamıdır və hər axşam kömək edirəm. Videonu şişirtdilər və bəzi insanlar nəsə axtarırlar. Bu, mənim “TikTok” platformasında layihəmdir”.

Belə ki, əməkdar artist küçədə duran bir şəxsə “Camaata məsləhətin nədir?” sualı ilə yaxınlaşıb.

Həmin şəxs isə əməkdar artistə “Sənə qurban olum, çəkmə. Camaata ancaq cansağlığı arzu edirəm. Nə deyim…Həyatda ancaq xeyir iş qalır. Allah hamıya xeyir işı qismət etsin”, – deyə cavab verib.

Bəhram Bağırzadə tənqidi fikirlərdən sonra videonu silib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*