Bəhreyn nümayəndə heyəti 7 ildən sonra İrana SƏFƏR EDƏCƏKbackend

Bəhreyn nümayəndə heyəti 7 ildən sonra İrana SƏFƏR EDƏCƏK

Bəhreyn nümayəndə heyəti 7 ildən sonra diplomatik əlaqələrin kəsildiyi İrana səfər edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.

Bildirilib ki, Tehran-Manama diplomatik əlaqələrinin bərpası istiqamətində aparılan danışıqlar çərçivəsində Bəhreyn nümayəndə heyəti İrana səfər edəcək.

Qeyd olunub ki, Tehran və Ər-Riyad arasında münasibətlərin yenidən başlaması ilə bağlı razılaşmanın ardından İran nümayəndə heyəti ötən günlərdə Bəhreynə gedib və Manamadakı səfirliyi ziyarət edib.

Bəhreyn-İran münasibətləri

Qeyd edək ki, 2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanında Şiə din xadimi Nimr ən-Nim də daxil olmaqla 47 nəfərin terrorçuluq ittihamı ilə edam edilməsindən sonra İranda nümayişçilər Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyini və Məşhəddəki konsulluğunu yandırıblar. Hadisələrdən sonra iki ölkə arasında diplomatik əlaqələr kəsilib. Körfəz və ərəb ölkələrinin əksəriyyəti Ər-Riyadın bu qərarını dəstəkləyib. Bəhreyn də 2016-cı ilin yanvarında İranla diplomatik əlaqələri kəsdiyini elan edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*