Belarus NATO ölkələri ilə əməkdaşlığa hazırdırbackend

Belarus NATO ölkələri ilə əməkdaşlığa hazırdır

Belarusun hərbi doktrina layihəsinə KTMT və İttifaq dövlətindəki müttəfiqlərə qarşı təcavüz zamanı Minskin hərəkətlərinə dair fəsil daxil edilib.

KONKRET.az xəbər verir ki, bu barədə jurnalistlərə Belarusun müdafiə naziri Viktor Xrenin məlumat verib.

“Biz ittifaq öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı bütün fikirlərimizi bir yerə toplayıb yazmışıq. Hərbi doktrinada KTMT və İttifaq dövlətindəki müttəfiqlərimizə qarşı silahlı təcavüz halında bizim hərəkətlərimizin hüquqi əsasını təşkil edən ayrıca fəsil mövcuddur”.

Xrenin həmçinin qeyd edib ki, həmin fəsil Belarusun beynəlxalq təhlükəsizlik təşkilatlarının himayəsi altında sülhməramlı fəaliyyətlərdə iştirakını mümkün edir.

Onun sözlərinə görə, doktrina layihəsində Belarusun istənilən dövlətlə hərbi sahədə əməkdaşlığa açıq olduğu bildirilir.

“NATO dövlətləri də daxil olmaqla, bizə qarşı aqressiv ritorika və hərəkətlərə son qoyan istənilən ölkə ilə praqmatik dialoqu bərpa etməyə hazırıq”, – deyə nazir vurğulayıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*