Belarus Rusiya Federasiyasında səfərbərlikdən yayınan kişilərin ölkəsindən çıxmasına icazə vermir.
KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, cəmi bir gündə Belarus hava limanlarında 10-dan çox rusiyalı təyyarədən endirilib. Aeroport işçilərindən birinin sözlərinə görə, məhdudiyyətlər oktyabrın 20-dən qüvvəyə minib.
Bildirilir ki, Sankt-Peterburq (RF) sakini 23 yaşlı Qlebin bir neçə dəfə ölkəni tərk etməyə cəhd etsə də, saxlanılıb. Sonda o, dairəvi yolla Belarus Respublikası ərazisinə gedib. Lakin o, Minskdən Türkiyəyə uçmaq istəyəndə yenidən saxlanılıb.
![]()
Sərhədçilər öz növbəsində Belarus Respublikası ilə Rusiya Federasiyası arasında vətəndaşların sərbəst hərəkət etmək hüquqlarının təmin edilməsi haqqında Sazişə də məhəl qoymur.
![]()
Yeri gəlmişkən, oktyabrın 18-də Kremlin spikeri Dmitri Peskov Vladimir Putinin hələlik səfərbərliyi başa çatdırmaq planının olmadığını bildirib. Bununla belə, o, iddia edir ki, hərbi komissarlıqlar fərmanla müəyyən edilmiş həddi keçməyəcək və 300 mindən çox vətəndaşı orduya çağıracaq.
Günel Mikayılova,
KONKRET.az
