BELARUSDA koronavirusa yoluxanların sayı 61 mini ötdübackend

BELARUSDA koronavirusa yoluxanların sayı 61 mini ötdü

Belarusda son sutkada koronavirusa daha 382 yoluxma və bu xəstəlikdən 4 ölüm faktı qeydə alınıb.

KONKRET.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Qeyd olunub ki, bununla da ölkədə yoluxanların ümumi sayı 61 095-ə, ölənlərin sayı isə 377-yə çatıb.

Məlumata görə, pandemiyadan 44 126 pasiyent sağalıb.

Qeyd edək ki, bir müddət əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə koronavirusun ikinci dalğasının başlayacağı barədə xəbərdarlıq edərək daha ciddi hazırlıq işləri görməyi tapşırmışdı.

Belarus əhalisinin sayı 9 475 174 nəfərdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*