Beniamin Matevosyan: “Qərbi Azərbaycan Şimali Kipr Türk Cümhuriyyəti statusunda yaradılacaq”backend

Beniamin Matevosyan: “Qərbi Azərbaycan Şimali Kipr Türk Cümhuriyyəti statusunda yaradılacaq”

Ermənistanda siyasi diskusiya son günlər Nikol Paşinyanın səsləndirdiyi fikirlər üzərində qurulub.

Ayrı- ayrı siyasi ekspertlər baş nazirin bu ifadə etdiyi Qərbi Azərbaycan terminini  fərqli konteksdən şərh edir və bunu ümumerməni maraqlarına zidd hesab edirlər. Erməni politoloq Beniamin Matevosyan da bununla bağlı öz fikirlərini bildirib. O, xarici işlər naziri Ararat Mirzoyanın da Qərbi Azərbaycanla bağlı mövqeyinə toxunub:

“Əsas odur ki, onların xidməti avtomobilləri olsun və o zaman Qərbi Azərbaycanda işləmək onlar üçün asan olacaq.  Ararat Mirzoyan və Ermənistanın diplomatik korpusu təxminən eyni yanaşmaya malikdir. Baş nazir Nikol Paşinyan Ermənistanın İctimai Televiziyasına verdiyi son müsahibəsində bir sıra bəyanatlar verib. Baş nazir  Qərbi Ermənistan və Qərbi Azərbaycan anlayışlarını eyniləşdirməklə ermənilərin  ruhuna toxunub. Mirzoyan Ermənistan Respublikasının diplomatik korpusunun rəhbəri kimi  bilməyə borcludur ki, Qərbi Ermənistan termini bu bölgənin tarixinə gedib çıxır və ən əsası, müasir türk dilinə qarşı deyil. Qərbi Azərbaycan termini isə müasir Ermənistan dövlətçiliyi ilə ziddiyyət təşkil edir. Üstəlik, Qərbi Azərbaycan Şimali Kipr Türk Cümhuriyyəti statusunda Ermənistan Respublikasının əraziləri hesabına  yaradılmağa hesablanıb. Vəziyyəti tamamilə “təzə” proseslər nöqteyi-nəzərindən təhlil etsək, demək lazımdır ki, Ermənistan parlamentində “Qərbi Ermənistana qayıdış üzrə təşəbbüs qrupu” yoxdur, Azərbaycan parlamentində isə artıq  Qərbi Azərbaycana qayıdış orqanı fəaliyyət göstərir”.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*