Bu komandalardan 8-i “Sabah”ın rəqibi olacaq – SİYAHIbackend

Bu komandalardan 8-i “Sabah”ın rəqibi olacaq – SİYAHI

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin 3 cavab oyunu keçirilib və nəticədə turnirin Liqa mərhələsinə vəsiqə qazanan daha 3 komandanın adına aydınlıq gəlib.

KONKRET.az QOL.az-a istinadla xəbər verir ki, bunlar Azərbaycanın “Sabah”, Avstriyanın LASK və Norveçin “Budo-Qlimt” klublarıdır. Beləliklə, artıq ÇL-in Liqa mərhələsinin 32 iştirakçısı məlum olub. Son 4 komanda isə bu axşam keçiriləcək cavab görüşlərindən sonra müəyyənləşəcək.

Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanan 32 komanda aşağıdakılardır: 

“Arsenal”, “Mançester Siti”, “Mançester Yunayted”, “Aston Villa”, “Liverpul” (hamısı İngiltərə), “Barselona”, “Real”, “Vilyarreal”, “Atletiko”, “Betis” (hamısı İspaniya), “İnter”, “Napoli”, “Roma”, “Komo” (hamısı İtaliya), “Bavariya”, “Borussiya” Dortmund, “Leyptsiq”, “Ştutqart” (hamısı Almaniya), PSJ, “Lans”, “Lill” (hamısı Fransa), PSV, “Feyenoord” (hər ikisi Niderland), “Portu”, “Sportinq” (hər ikisi Portuqaliya), “Brügge” (Belçika), “Slaviya” (Çexiya), “Qalatasaray” (Türkiyə), “Şaxtyor” (Ukrayna), “Budo-Qlimt” (Norveç), “Sabah” (Azərbaycan), LASK (Avstriya).

Qeyd edək ki, Liqa mərhələsinin püşkatma mərasimi avqustun 27-də Monakoda olacaq və Bakı vaxtı ilə isə saat 20:00-da başlayacaq. Reqlamentə əsasən, hər iştirakçı komanda üçün 8 fərqi rəqib müəyyənləşdiriləcək. Komandalar 4 oyunu evdə, 4 oyunu isə səfərdə keçirəcək. İlk tur 8-10 sentyabrda olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*