Küçədə qonşusunu bıçaqlayan sürücüyə hökm oxundubackend

Küçədə qonşusunu bıçaqlayan sürücüyə hökm oxundu

Nərimanov Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən İlqar Tağıyevin (soyadı, şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Xalidə Əlisoyun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv olunub.

İttihama əsasən, İlqar Tağıyev 2026-cı il tarixdə saat 17 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Boya Dünyası” mağazasının arxa hissəsində zərərçəkmiş Elvin Məlikzadə (soyadı şərtidir) ilə mübahisə edib. Mübahisə zamanı İlqar heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud şəkildə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verib.

Belə ki, o, idarə etdiyi “Qazel 3302” markalı avtomobildən düşərkən özü ilə götürdüyü bıçaqdan silah qismində istifadə edib. Təqsirləndirilən şəxs Elvinin sağ çiyin nahiyəsinə iki dəfə zərbə endirib. Nəticədə zərərçəkmiş şəxsin döş qəfəsinin sağ yarısının ön səthinin körpücüküstü və körpücükaltı nahiyələrində iki ədəd deşilmiş-kəsilmiş yara əmələ gəlib.

Ekspertiza nəticəsinə əsasən, həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər kimi qiymətləndirilib.

Məhkəmə iclasında İlqar Tağıyev ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Onun sözlərinə görə, avtomobilini saxlamaq üçün gedərkən maşının yan güzgüsünə nəyinsə dəydiyini hiss edib. Bundan sonra maşından düşərək nə baş verdiyini yoxlamaq istəyib. Bu zaman uzun illərdir qonşusu olduğunu bildirdiyi zərərçəkmiş Elvini görüb.

Təqsirləndirilən şəxs iddia edib ki, avtomobildən düşən kimi Elvin ona qarşı nalayiq və təhqiredici ifadələr işlədib. Bundan sonra onların arasında mübahisə yaranıb və dava başlayıb. Hadisə yaşadıqları ərazidə baş verdiyindən ətrafdakı şəxslər onları ayırıblar. İlqar da məsələnin böyüməməsi üçün avtomobilinə minərək hadisə yerindən uzaqlaşdığını söyləyib.

Lakin bir müddət sonra avtomobilini adətən saxladığı, taksilərin də istifadə etdiyi ərazidə saxlayaraq maşından düşərkən zərərçəkmiş şəxsin yenidən onun yanına gəldiyini görüb.

Təqsirləndirilən şəxs bildirib ki, Elvin yenidən onu təhqir etməyə və vurmağa başlayıb. O, hadisə zamanı istifadə etdiyi bıçağın məişət təyinatlı olduğunu və adətən avtomobilində saxladığını deyib.

İlqarın ifadəsinə əsasən, Elvinin təhqirlərinə dözməyərək bıçağı çıxarıb, lakin məqsədi onu bıçaqlamaq yox, qorxutmaq olub. Əlbəyaxa dava zamanı bıçaq zərərçəkmiş şəxsin qoluna dəyib.

Hadisədən sonra Elvin xəstəxanaya aparılıb, təqsirləndirilən şəxs isə daha sonra polis şöbəsinə gedib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*