“Real Madrid”in hücumçusu Kərim Benzema karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
KONKRET.az xəbər verir ki, bu barədə “Todofichajes” nəşri məlumat yayıb.
Bildirilib ki, fransalı hücumçu karyerasını Səudiyyə Ərəbistanındakı klublardan birində davam etdirə bilər.
Mənbənin sözlərinə görə, Benzema hələ Madrid klubunda çıxışını davam etdirmək istədiyinə əmin deyil. Artıq ona Səudiyyə Ərəbistanından münasib təklifin olduğu bildirilir.
Eyni zamanda qeyd olunub ki, “Real Madrid” hələ fransalı futbolçu ilə yeni müqavilə imzalamayıb.
Xatırladaq ki, 35 yaşlı futbolçu bu mövsüm La Liqada 16 oyuna çıxıb, 11 qol vurub və 3 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Benzema 2009-cu ildən Madrid klubunda çıxış edir.
İqbal Rzayev,
KONKRET.az
