Bərdə rayonunun Körpüsındıran kəndində ümumi sahəsi 110 kvadrat metr olan birmərtəbəli evin dam örtüyü, 18 kvadrat metr sahədə tavanı və əşyaları yanıb.
KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
